Bu gün Misli Premyer Liqasının 29-cu turunun ikinci oyununda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 18:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamal Umudlu idarə edəcək.
Turnir cədvəlində “Qəbələ” 19 xalla on birinci, “Araz-Naxçıvan” isə 39 xalla altıncı pillədə qərarlaşıb.
Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
25 aprel (şənbə)
18:30. “Qəbələ” - “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.
