“Çox gərgin oyun oldu. “Turan Tovuz”un oyuna istəkli başlayacağını bilirdik”.
Bu sözləri “Zirə”nin kapitanı Qismət Alıyev deyib.
“Qartallar”ın kapitanı komandasının Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Turan Tovuz”a qarşı keçirdiyi oyun barədə fikirlərini bölüşüb.
“Rəqib keyfiyyətli futbolçulardan qurulmuş güclü komandadır. Var gücümüzü ortaya qoyaraq istədiyimiz nəticəni əldə etdik. Təəssüratlarım çox yaxşıdır. Əvvəlki iki finalda yaxşı oynasaq da, istəyimizə çata bilməmişdik. Ümid edirəm ki, bu dəfə qalib gələcəyik. Buna çox inanırıq və çox istəyirik. “Sabah”ın gücü, xüsusilə bu mövsüm göstərdiyi çıxış göz qabağındadır. Amma biz də zəif deyilik və qələbə üçün əlimizdən gələni edəcəyik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun finalında “Zirə” “Sabah”la üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 13-ü “Palms Sports Arena”da keçiriləcək.
