AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

24 Aprel 2026 13:30
142
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.

Səfər çərçivəsində E.Məmmədov, həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

İdman.Biz