Mahaçqalanın “Dinamo” futbol klubunun baş direktoru Şamil Qazizov Azərbaycan klublarının iranlı futbolçu Məhəmməd Cavad Hüseynejadla maraqlandığını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, Şamil Qazizov bu barədə Rusiya KİV-ə açıqlamasında danışıb.
“Cavadın müqaviləsinin bitməsinə bir il qalıb. Təbii ki, qərar verməliyik - ya müqaviləni uzadacağıq, ya da o, komandadan ayrılacaq. Onunla maraqlanan komandalar var. Azərbaycandan da maraq mövcuddur. Amma klubların adını çəkməyəcəyəm”, - deyə Şamil Qazizov vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın “Legalbet” portalı Azərbaycanın “Neftçi” və “Qarabağ” klublarının iranlı futbolçu Məhəmməd Cavad Hüseynejadı transfer etmək istədiyini yazmışdı.
22 yaşlı Məhəmməd Cavad Hüseynejad cari mövsümdə Rusiya çempionatında 26 oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.
