Benzema “Lion”a futbolçu kimi qayıtmayacağını açıqladı

24 Aprel 2026 10:52
247
Benzema “Lion”a futbolçu kimi qayıtmayacağını açıqladı

Səudiyyə Ərəbistanın “Əl-Hilal” futbol klubunun fransalı hücumçusu Kərim Benzema “Lion”a mümkün qayıdışı ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, sosial şəbəkədə canlı yayım zamanı 38 yaşlı fransalı bildirib ki, yetirməsi olduğu klubda yenidən futbolçu kimi çıxış etmək niyyətində deyil.

Bununla belə, Benzema karyerasını başa vurduqdan sonra “Lion”un rəhbərliyində təmsil olunmaq ehtimalını istisna etməyib.

Kərim Benzema 2005-2009-cu illərdə “Lion”un əsas komandasında çıxış edib. O, Fransa klubunun heyətində bütün turnirlərdə keçirdiyi 148 oyunda 66 qol vurub, 25 məhsuldar ötürmə edib. Daha sonra hücumçu “Real Madrid”ə transfer olunub.

İdman.Biz