“Napoli”nin yarımmüdafiəçisi həyətində Maradonanın heykəlini ucaldıb - VİDEO

24 Aprel 2026 10:25
274
“Napoli”nin yarımmüdafiəçisi həyətində Maradonanın heykəlini ucaldıb - VİDEO

“Napoli”nin yarımmüdafiəçisi Billi Qilmor həyətində klubun əfsanəsi Dieqo Armando Maradonaya heykəl quraşdırıb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Futbolçu sosial şəbəkələrdə paylaşdığı videoda yeni heykəli nümayiş etdirib. Əsərin müəllifi rəssam Stefano Sesidir. Bu heykəl "Napoli" stadionunun yaxınlığında Maradonaya ucaldılan heykəlin oxşarıdır.

Qeyd edək ki, daha əvvəl “Napoli”nin digər yarımmüdafiəçisi Skott Maktominey də öz həyətində Maradonanın heykəlini quraşdırmışdı.

Dieqo Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. O, Neapol təmsilçisinin heyətində keçirdiyi 258 oyunda 115 qol vurub, 76 məhsuldar ötürmə edib. Maradona klubla birlikdə iki dəfə A Seriyasını, həmçinin İtaliya Kubokunu, UEFA Kubokunu və İtaliya Superkubokunu qazanıb.

İdman.Biz
Məqalədə: