Stankoviç və 60-dan çox futbolçunun adı İtaliyada seks qalmaqalında

23 Aprel 2026 14:32
175
Stankoviç və 60-dan çox futbolçunun adı İtaliyada seks qalmaqalında

Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi olan Deyan Stankoviç, həmçinin Rafael Leau, Aşraf Hakimi, Alessandro Bastoni kimi məşhur futbolçular da daxil olmaqla, 60-a yaxın şəxsin adı İtaliyada genişmiqyaslı qalmaqalda hallanır.

İdman.Biz xəbər verir ki, İtaliya mətbuatı, adı çəkilən məşhurlar futbol adamlarının fahişəlik xidməti göstərən şəbəkə ilə bağlı olduğunu yazıb.

Qeyd olunur ki, konkret olaraq Deyan Stankoviç adına qeydiyyatda olan nömrədən həmin agentliyə bir neçə dəfə zəng edildiyi iddia olunur.

Prokurorluğun digər iddiasına əsasən, görüşlər Milan və digər şəhərlərdəki lüks otellərdə keçirilib.

Hazırda İtaliya prokurorluğunun genişmiqyaslı istintaq apardığı və işdə onlarla futbolçunun adının hallandığı qeyd olunur.

İdman.Biz