"Başakşehir" özbəkistanlı hücumçunun bütün hüquqlarını əldə etdi

23 Aprel 2026 15:00
187
"Başakşehir" özbəkistanlı hücumçunun bütün hüquqlarını əldə etdi

İstanbulun “Başakşehir” futbol klubu “Roma”dan 2,8 milyon avro qarşılığında Eldor Şomurodovun bütün transfer hüquqlarını əldə edib.

İdman.Biz xəbər verir ki, icarə əsasında Türkiyədə - "Başakşehir"də top qovan özbək futbolçu Türkiyə Super Liqasında 30 oyunda 18 qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

O, hazırda çempionatın bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb.

İdman.Biz