Hazırda Braziliya millisinin baş məşqçisi olan təcrübəli mütəxəssis Karlo Ançelotti UEFA Çempionlar Liqası-2025/26 mövsümünün favoritini açıqlayıb.
İdman.Biz xəbər verir ki, İtaliyalı mütəxəssis mövsümün əvvəlində turnirin qalibi kimi “Real Madrid”i görsə də, komanda 1/4 finalda “Bavariya” qarşısında mübarizəni dayandırıb.
K.Ançelotti mətbuata verdiyi sonuncu proqnozunda hazırda turnirin əsas favoriti kimi PSJ-ni göstərib.
Qeyd edək ki, ÇL-də yarımfinal cütləri artıq müəyyənləşib: PSJ - “Bavariya” ilə, “Arsenal” isə - “Atletiko” Madridlə üz-üzə gələcək.
