“Spotify Kemp Nou”da dramatik anlar: Azarkeş infarkt keçirib

23 Aprel 2026 09:10
195
“Spotify Kemp Nou”da dramatik anlar: Azarkeş infarkt keçirib

İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Barselona” və “Selta” komandaları arasında keçirilən qarşılaşmanın ilk hissəsi tribunada azarkeşə tibbi yardım göstərildiyi üçün yalnız 68-ci dəqiqədə başa çatıb. La Liqa protokollarına uyğun olaraq, oyun təxminən 15 dəqiqə müddətinə dayandırılıb.

İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, matç zamanı 60 yaşlı azarkeşin vəziyyəti qəfildən pisləşib. İlkin məlumata görə, həmin şəxs infarkt keçirib. Hər iki komandanın həkimləri dərhal hadisə yerinə gələrək fanata ilk yardımı göstəriblər. Azarkeş təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya təxliyə olunub.

İdman.Biz