Yassin Benziya “Qarabağ”ın məğlubiyyətinə münasibət bildirdi - FOTO

23 Aprel 2026 09:40
195
Yassin Benziya “Qarabağ”ın məğlubiyyətinə münasibət bildirdi - FOTO

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benziya Bizon Azərbaycan Kubokunun yarımfinalında Ağdam təmsilçisinin “Sabah”a 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmasından sonra münasibət bildirib.

İdman.Biz xəbər verir ki, əlcəzairli oyunçu sosial şəbəkə hesabında paylaşım edərək sabiq klubuna qarşı haqsızlıq olunduğunu vurğulayıb.

O, hakim qərarlarına etiraz edərək belə yazıb: “Ayıbdır. Ölkənin ən güclü komandasını məğlub etməyin başqa yolu yoxdur”.

Qeyd edək ki, Yassin Benziya 2023-2025-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. 31 yaşlı yarımmüdafiəçi hazırda Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubunda çıxış edir.

İdman.Biz