Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa hesab edir ki, klubun köklü dəyişikliklərə ehtiyacı yoxdur.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə İspaniya KİV-ə açıqlamasında qeyd edib.
“Fikrimcə, “Real”ın titullar uğrunda mübarizəyə qayıtmaq üçün yenidən qurulmaya ehtiyacı yoxdur. Bu, möhtəşəm komandadır. İnqilaba ehtiyac yoxdur. Hər bir komanda kimi inkişaf edə bilərik, amma böyük dəyişikliklər tələb olunmur”, – deyə Arbeloa bildirib.
Xatırladaq ki, ötən mövsüm “Real Madrid” iki ikinci dərəcəli titul qazanıb - UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu. Cari mövsümdə isə “kral klubu” bütün turnirlərdən kənarda qalıb, İspaniya çempionatında isə lider “Barselona”dan 9 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
