Lamin Yamal uğurunu fastfudla qeyd etdi

21 Aprel 2026 11:42
152
Lamin Yamal uğurunu fastfudla qeyd etdi

“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal “Laureus World Sports Awards” mükafatlandırma mərasimində dünyanın ən yaxşı gənc idmançısı seçildikdən sonra şəxsi təyyarəsindən çəkdiyi foto ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, L.Yamal uğurunu “McDonald's”un fastfudu ilə qeyd edib.

Lakin sosial şəbəkələrdə yayılan foto heç də birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bu mövsüm Yamal "Barselona"da bütün turnirlərdə 44 oyun keçirib, 23 qol vurub və 16 məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: