Napoleon Fransa klublarının hədəfində

21 Aprel 2026 11:12
142
Napoleon Fransa klublarının hədəfində

Belçikanın “Şarlerua” klubunun yarımmüdafiəçisi Yakob Napoleon Fransa çempionatının bir neçə klubunun maraq dairəsinə düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Sport.fr məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yarımmüdafiəçi ilə “Brest” və “Oser” maraqlanır. Hər iki klub orta xətti gücləndirmək niyyətindədir.

Yakob Napoleonun 21 yaşı var. O, Norveç futbol akademiyasının yetirməsidir və “Şeyd” klubunun məzunudur.

Cari mövsümdə 31 oyunda iştirak edən futbolçu bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun transfer dəyəri 1,87 milyon avro qiymətləndirilir.

İdman.Biz
Məqalədə: