Dieqo Simeone məşqçilik karyerasını İngiltərə klubunda davam etdirə bilər

21 Aprel 2026 10:40
188
Dieqo Simeone məşqçilik karyerasını İngiltərə klubunda davam etdirə bilər

Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Londonun “Çelsi” komandasına baş məşqçi təyin oluna bilər.

İdman.Biz xəbər verir ki, bu barədə Britaniya KİV məlumat yayıb.

London klubu Premyer Liqada çətin dövr keçirir: komanda son dörd oyunda qələbə qazana bilmir. Rəhbərlik hazırkı baş məşqçi Liam Rosenior-a açıq şəkildə dəstək versə də, vəziyyət yaxşılaşmasa və o, komandaya nəzarəti tam itirərsə, istefası istisna edilmir.

Hazırda “Çelsi”nin baş məşqçi postu üçün əsas favorit kimi məhz Simeoneni görürlər. Bildirilir ki, argentinalı mütəxəssis 15 illik fəaliyyətindən sonra mövsümün sonunda “Atletiko”dan ayrıla bilər.

Hazırda Madrid təmsilçisinin mövsümü böyük ölçüdə Çempionlar Liqasından asılıdır. Simeonenin yetirmələri yarımfinalda “Arsenal”la qarşılaşacaq.

İdman.Biz
Məqalədə: