Van Deykdən Salah barədə təsirli sözlər

20 Aprel 2026 10:43
133
Van Deykdən Salah barədə təsirli sözlər

“Liverpul”un müdafiəçisi Vircil van Deyk yayda komandadan ayrılması gözlənilən hücumçu Məhəmməd Salah barədə təsirli fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu komanda yoldaşının həm meydanda, həm də meydandan kənarda böyük rol oynadığını bildirib.

“Yaxın həftələrdə Salah haqqında hələ çox danışacağıq. O, həm meydanda, həm də meydandan kənarda bizim üçün çox vacibdir. Bəzən futbolçuları yalnız komandadan ayrıldıqdan sonra həqiqətən qiymətləndiririk, amma biz onu artıq indi də qiymətləndiririk. Salah inanılmaz komanda yoldaşıdır, birlikdə çox şey yaşamışıq. Qarşıdakı beş oyunda da o, bizə lazımdır. Daha sonra isə Salah və ailəsi üçün emosional an gələcək, bu, hamımız üçün belə olacaq. O, mənim, komandanın və azarkeşlərin həyatında böyük rol oynayıb. Amma əvvəlcə işimizi görməliyik, o da bunu bilir - əsas məsələ budur”, - deyə van Deyk bildirib.

İdman.Biz