İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Pep Qvardiola Premyerliqada daha bir tarixi uğura imza atıb.
İdman.Biz xəbər verir ki, “Mançester Siti” turnir cədvəlində ikinci pillədə olduğu halda, lider “Arsenal”ı 2:1 hesabı ilə məğlub edib. Bununla da Qvardiola komandası ikinci yerdə olarkən çempionatın lideri ilə qarşılaşdığı bütün dörd oyundan qalib ayrılmağı bacarıb. Bu, Premyerliqa tarixində Ser Aleks Ferqyusondan sonra qeydə alınan ən yaxşı göstəricidir.
“Etihad” stadionunda baş tutan matçda qələbə qollarını Rayan Şerki və Erlinq Haaland vurublar. “Arsenal”ın yeganə qoluna isə Kay Haverts imza atıb. Bu qalibiyyətdən sonra “şəhərlilər” liderlə xal fərqini 3-ə endiriblər.
Xatırladaq ki, Qvardiola artıq Premyer Liqada 250 qələbəni ən sürətli qazanan məşqçi kimi (cəmi 349 oyuna) tarixdə təkdir. Onun rəhbərliyi altında “Mançester Siti” son illərdə İngiltərə futbolunda tam hegemonluq edərək çoxsaylı titullar qazanıb.
