Salahdan möhtəşəm vida: Cerrardın rekordunu təkrarladı - VİDEO

20 Aprel 2026 03:12
198
Salahdan möhtəşəm vida: Cerrardın rekordunu təkrarladı - VİDEO

İngiltərənin “Liverpul” futbol komandasının cinah hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton”la keçirilən matçda növbəti qoluna imza atıb.

İdman.Biz “OptaJoe” nəşrinə istinadla xəbər verir ki, bu qol sayəsində 33 yaşlı forvard “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekorduna şərik olub. Hər iki futbolçu Mersisayd derbiləri tarixində “Everton”un qapısına doqquz dəfə yol tapmağı bacarıb.

Qeyd edək ki, bu, misirli vingerin karyerasında sonuncu “Liverpul” derbisidir. Belə ki, təcrübəli oyunçu mövsümün sonunda komandadan ayrılacağını artıq rəsmən elan edib.

Salah 2017-ci ildən bəri “Liverpul” forması ilə çıxış etdiyi 439 rəsmi matçda 257 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz