İtaliya Seriya A-nın 33-cü turu çərçivəsində “Yuventus” öz meydanında “Bolonya”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, turinlilər matça sürətli başlayıblar. Artıq ikinci dəqiqədə Conatan Devid hesabı açaraq komandasını önə keçirib. Oyunun 57-ci dəqiqəsində isə Kefren Türam “Yuventus”un üstünlüyünü artıraraq matçda son nöqtəni qoyub.
Bu qalibiyyətlə çempionatdakı məğlubiyyətsizlik seriyasını yeddi oyuna çatdıran “Yuventus” 63 xalla turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini qoruyub. Aktivində 48 xal olan “Bolonya” isə səkkizinci sırada qərarlaşıb.
22:38
İtaliya Seriya A-nın 33-cü turu çərçivəsində “Cenoa” səfərdə “Piza”nın qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın 19-cu dəqiqəsində Simone Kanestrelli meydan sahiblərini hesabda irəli çıxarıb. Lakin üstünlüyünü qoruya bilməyən “Piza” birinci hissənin sonuna yaxın qol buraxıb – 41-ci dəqiqədə Ceff Ehator tarazlığı bərpa edib.
Qarşılaşmanın taleyini həll edən qol isə 55-ci dəqiqədə vurulub. Lorenzo Kolombo penaltini dəqiq yerinə yetirərək “Cenoa”ya üç xal qazandırıb.
Bu qalibiyyətdən sonra xallarının sayını 39-a çatdıran “Cenoa” turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Aktivində cəmi 18 xal olan “Piza” isə sonuncu sırada qərarlaşıb.
19:23
“Milan” İtaliya A Seriyasının 33-cü turunda səfərdə “Verona”nı minimal hesabla məğlub edib - 1:0.
İdman.Biz xəbər verir ki, oyunda yeganə qolu 41-ci dəqiqədə Adrien Rabyo vurub.
Bu qələbə sayəsində xallarının sayını 66-ya çatdıran “Milan” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Komanda əlavə göstəricilərə görə eyni xala malik “Napoli”ni geridə qoymağı bacarıb. Çempionata isə 78 xalla “İnter” başçılıq edir.
Ardıcıl beşinci məğlubiyyətini alan “Verona” sonuncu - 20-ci yerdə qərarlaşıb.
17:10
İtaliya A Seriyasının 33-cü turu çərçivəsində “Kremoneze” öz meydanında “Torino”nu qəbul edib. Qarşılaşma tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, 0:0 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, maraqlı məqam “Kremoneze”nin son səkkiz matçda ilk dəfə heç-heçə etməsidir. Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran komanda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Aktivində 40 xal olan “Torino” isə 12-ci yerdədir.
“Kremoneze” növbəti turda, aprelin 24-də səfərdə “Napoli”nin qonağı olacaq. “Torino” isə aprelin 26-da keçiriləcək 34-cü tur matçında çempionatın lideri “İnter”i sınağa çəkəcək.
