“İmişli” qapıçısı ilə yollarını ayırıb

8 İyun 2026 14:09
128
“İmişli” qapıçısı ilə yollarını ayırıb

Belaruslu qapıçı Andrey Sinenka “İmişli”dən ayrılıb.

İdman.Biz futbolpress.az-a istinadən xəbər verir ki, qolkiper klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.

A.Sinenkaya Azərbaycandan və ölkəsindən maraq var, lakin hələ rəsmi təklif yoxdur.

“İmişli” qolkiperin yerinə yenidən əcnəbi qapıçı transfer etmək istəyir.

A.Sinenka 2024-cü ilin avqustundan bölgə klubunun formasını geyinirdi. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 26 oyunda 33 qol buraxıb. Qapıçı 9 matçda “çərçivə”ni toxunulmaz saxlayıb.

İdman.Biz