“Baku Sportinq”dən ayrılan Röyal Nəcəfovun yeni iş yeri müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis yeni mövsümdən etibarən “Qaradağ Lökbatan”ın baş məşqçisi vəzifəsini icra edəcək.
R.Nəcəfov bu postda klubun əvvəlki çalışdırıcısı Qəzənfər Abbasovu əvəzləyəcək.
Qeyd edək ki, “Qaradağ Lökbatan” ötən mövsüm İkinci Liqada ikinci yeri tutub. Qəsəbə təmsilçisi Birinci Liqaya yüksəlmək uğrunda keçirilən pley-off matçında “Şimal”a 1:2 hesabı ilə məğlub olub.
