“Trabzonspor” Türkiyə Superliqasının 30-cu turu çərçivəsində öz meydanında “Başakşehir”i qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan matçın 73-cü dəqiqəsində Felipe Auqusto meydan sahiblərini hesabda irəli çıxarıb. Qələbəyə çox yaxın olan Trabzon təmsilçisi 90+3-cü dəqiqədə Davi Selkenin vurduğu qola mane ola bilməyib və meydandan bir xalla ayrılmalı olub.
Bu nəticədən sonra xallarını 65-ə yüksəldən “Trabzonspor”un lider “Qalatasaray”la arasındakı xal fərqi altıya çıxıb. “Başakşehir” isə xal ehtiyatını 48-ə çatdırıb.
Qeyd edək ki, “Trabzonspor” həftə içi, cümə axşamı günü Türkiyə Kuboku matçında “Samsunspor”un qonağı olacaq. Liqanın növbəti turunda isə komanda səfərdə “Konyaspor”la qarşılaşacaq.
20:31
“Beşiktaş” Türkiyə Superliqasının 30-cu turunda səfərdə “Samsunspor”a 1:2 hesabı ilə məğlub olub. Qarşılaşma meydan sahiblərinin tarixi qələbəsi ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan matçın taleyi ikinci hissənin əvvəlində cəmi beş dəqiqə ərzində həll olunub. 50-ci dəqiqədə Holse hesabı açıb, 55-ci dəqiqədə isə Kulibali möhtəşəm zərbə ilə fərqi ikiyə çatdırıb. “Beşiktaş” yalnız 89-cu dəqiqədə Kristyan Asllaninin penaltidən vurduğu qolla fərqi azaltsa da, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.
Bu qələbə ilə xallarını 42-yə yüksəldən “Samsunspor” (7) Superliqada 2001-ci ilin oktyabrından bəri “Beşiktaş” üzərində ilk ev qələbəsini qazanıb. 55 xalda qalan “Beşiktaş” (4) isə növbəti turda “Fatih Karagümrük”ü qəbul edəcək.
19:39
Türkiyə Superliqasının 30-cu turunda “Kasımpaşa” öz meydanında “Alanyaspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qol 60-cı dəqiqədə vurulub. İrfan Can Kahveçi künc zərbəsindən birbaşa zərbə ilə topu uzaq küncdən ağlara göndərərək komandasına üç xal qazandırıb.
Bu qələbə ilə xallarını 31-ə çatdıran “Kasımpaşa” elitada qalmaq yolunda mühüm addım ataraq təhlükəli zonadan uzaqlaşıb. “Alanyaspor” isə 33 xalda qalıb.
Növbəti turda “Kasımpaşa” səfərdə “Başakşəhər”in qonağı olacaq, “Alanyaspor” isə “Samsunspor”u sınağa çəkəcək.
