Kompani Lamin Yamalın gedəcəyi yol haqqında danışıb

16 Aprel 2026 23:11
177
Kompani Lamin Yamalın gedəcəyi yol haqqında danışıb

Almaniyanın “Bavariya” futbol komandasının baş məşqçisi Vinsent Kompani “Barselona”nın gənc ulduzu Lamin Yamal haqqında müsbət fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, belçikalı mütəxəssis argentinalı əfsanə Lionel Messinin gedişindən qısa müddət sonra belə bir istedadın üzə çıxmasını fenomenal hadisə adlandırıb.

Kompani Yamalın gələcəkdə dünya futbolunun ən yaxşısı ola biləcəyinə inandığını gizlətməyib:

“Bütün dövrlərin ən böyük oyunçusunun gedişindən bu qədər tez sonra Lamin Yamal kimi birini qazanmaq “Barselona” üçün müstəsna haldır. Mənim nəslim üçün Lionel Messi dövrümüzün siması idi. Onun gedişindən dərhal sonra potensial olaraq onun izi ilə gedə biləcək oyunçuya sahib olmağımız unikal hadisədir”.

Məşqçi həmçinin Kataloniya klubunun akademiyasının işini də xüsusi vurğulayıb. Kompaninin sözlərinə görə, gənc oyunçulara hər zaman inanan və onlara şans verən “La Masiya”ya böyük təşəkkür düşür.

İdman.Biz