“Real Madrid” “Barselona” üçün “şərəf dəhlizi” təşkil etməyəcək

16 Aprel 2026 13:46
374
“Real Madrid” “Barselona” üçün “şərəf dəhlizi” təşkil etməyəcək

İspaniya futbol klubu “Real Madrid” əzəli rəqibi “Barselona” üçün çempionluq koridoru (şərəf dəhlizi) təşkil etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı “El Chiringuito” portalı paylaşıb.

Əgər “Barselona” 10 mayda keçiriləcək “El Klasiko”dan əvvəl La Liqanı rəsmən qazanarsa belə, “Real Madrid” ona çempionluq dəhlizini səhnəsini təşkil etməyib.

Qeyd edək ki, “Real Madrid”in “Barselona” üçün çempionluq koridoru (“Guard of honour”) yaratması İspaniya futbolunda böyük hörmət və rəqabət rəmzidir.

Tarixən “Real Madrid” bir neçə dəfə, xüsusən də 2008-ci ildə, La Liqanı öncədən qazanan “Barselona”nı “Santyaqo Bernabeu”da bu şəkildə qarşılamışdır. Bu ənənə hər iki klub arasında gərginliyə baxmayaraq, idman prinsiplərinə sadiqliyi göstərir.

İdman.Biz
Məqalədə: