Danimarkanın yüksək liqasında çıxış edən “Ranners” futbol klubu Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevi sıralarına qatmaq istəyir.
İdman.Biz xəbər verir ki, klub yay transfer pəncərəsində Z.Əliyev üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Hazırda Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Zamiq Əliyev mütəmadi olaraq əsas heyətdə oynayır.
Futbolçumuzun Albaniya klubundakı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
