İtaliyanın “Roma” futbol klubu heyətdə ciddi dəyişikliklərə hazırlaşır.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Klub rəhbərliyi növbəti mövsümdə komandanı kimin çalışdıracağından asılı olmayaraq, heyəti yenidən formalaşdırmaq niyyətindədir. Artıq yayda komandadan ayrılacağı dəqiqləşən yeddi futbolçunun siyahısı müəyyənləşib.
Bunlar Artyom Dovbik, Stefan El-Şaaravi, Brayan Saraqosa, Lorenso Venturino, Evan Ferqyuson, Kostas Tsimikas və Zeki Çelikdir.
Bundan əlavə, Paulo Dibala, Devayn Renş, Anhelinyo və Lorenso Pelleqrininin gələcəyi ilə bağlı da qeyri-müəyyənlik qalır.
