Niderland çempionatı qəddar qayda pozuntusu - VİDEO

13 Aprel 2026 17:50
168
Niderland çempionatı qəddar qayda pozuntusu - VİDEO

Futbol üzrə Niderland çempionatının (Erediviziya) 30-cu turunda “NAC Breda” ilə “Fortuna Sittard” arasında keçirilən oyunda kobud qayda pozuntusu qeydə alınıb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Görüş zamanı “Fortuna Sittard”ın müdafiəçisi Castin Habner cərimə meydançası yaxınlığında “NAC Breda”nın futbolçusu Lyuis Holtbiyə qarşı kobud şəkildə sürüşmə fəndi edib. Nəticədə alman futbolçu baldır nahiyəsindən ciddi zədə alıb.

Holtbi ağrılar içində yerə yıxılıb. Təkrar görüntülərdə onun sol ayağında dərin kəsik açıq şəkildə görünüb. Tibbi heyət dərhal meydana daxil olaraq yardım göstərib və 35 yaşlı yarımmüdafiəçi oyunu davam etdirə bilməyərək meydanı tərk edib.

Maraqlıdır ki, Hubner bu epizoda görə heç bir cəza almayıb. Bu isə sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Azarkeşlərdən biri “O, meydandan qovulmalı idi” yazıb.

İdman.Biz