Rusiyanın Mahaçqala şəhərinin “Dinamo” klubunun baş direktoru Şamil Qazizov iranlı hücumameyilli yarımmüdafiəçi Məhəmməd Cavad Hüseynejadın psixoloji problemlərlə üzləşdiyini etiraf edib.
İdman.Biz xəbər verir ki, Şamil Qazizov bu barədə Rusiya KİV-ə açıqlamasında bildirib.
“Biz onunla dəfələrlə danışmışıq və o bilir ki, istənilən halda ona kömək edəcəyik - deyə Qazizov bildirib.
Qeyd edək ki, İranda baş verən hadisələrdən sonra 22 yaşlı futbolçu Mahaçqala təmsilçisinin heyətində bütün turnirlərdə yeddi oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseynnejad 2024-cü ilin avqustundan etibarən “Dinamo”nun (Mahaçqala) formasını geyinir.
