Qanada futbolçuları daşıyan avtobus gülləbaran edildi - 20 yaşlı oyunçu öldü

13 Aprel 2026 15:22
162
Qanada futbolçuları daşıyan avtobus gülləbaran edildi - 20 yaşlı oyunçu öldü

Qanada klub avtobusuna silahlı hücum nəticəsində futbolçu həyatını itirib.

İdman.Biz xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası (GFA) məlumat yayıb.

Belə ki, “Berekum Çelsi” klubunun hücumçusu Dominik Frimponq komandanın avtobusuna edilən silahlı hücum zamanı aldığı xəsarətlərdən vəfat edib.

Hadisə komandanın ölkə çempionatında “Samarteks” ilə keçirdiyi oyundan (0:1) qayıdarkən baş verib. Avtobus bir qrup silahlı qarətçi tərəfindən saxlanılıb.

Klubun sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilir ki, silahlılar sürücü geri manevr etməyə çalışarkən avtobusa atəş açmağa başlayıblar. Futbolçular və klub əməkdaşları yaxınlıqdakı kolluqlara sığınıblar. Lakin oyunçulardan biri ağır yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faciə ilə əlaqədar Qana Futbol Assosiasiyası daxili yarışlarda iştirak edən klublar üçün təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsi və gücləndirilməsi planlarını açıqlayıb.

İdman.Biz