Türkiyənin “Fənərbağça” futbol klubu Superliqada “Qalatasaray”ın “Kocaelispor”la heç-heçə oyunundan dərhal sonra sosial şəbəkə hesablarında paylaşım edib.
İdman.Biz xəbər verir ki, paylaşımda “Kadıköydə, səfərdə, küçədə, hamı birlikdə son ana qədər inan, Fənərbağça!” ifadələri yer alıb.

Qeyd edək ki, Superliqanın 29-cu həftəsində lider “Qalatasaray” öz meydanında “Kocaelispor”la 1:1 hesablı heç-heçə edərək zirvə yarışında iki xal itirib. Bu nəticə ilə xalını 68-ə çatdıran “sarı-qırmızılılar”ın ən yaxın izləyicisi “Fənərbağça” ilə turnir cədvəlində fərq iki xala enib.
