İspaniyanın “Barselona” futbol klubunun gənc istedadı Mark Kasado yay transfer pəncərəsində komandanı tərk etməyə hazırlaşır.
İdman.Biz tanınmış jurnalist Alfredo Martinesə istinadən xəbər verir ki, futbolçu baş məşqçi Hansi Flikin gələcək planlarında yer almadığını hiss etdiyi üçün bu addımı atmağa qərar verib.
Mənbənin bildirdiyinə görə, 22 yaşlı yarımmüdafiəçinin karyerasını davam etdirəcəyi ən real ünvan Səudiyyə Ərəbistanıdır. Artıq bir neçə ərəb klubunun oyunçu ilə maraqlandığı və rəsmi təklif hazırladığı qeyd olunur.
Xatırladaq ki, “Barselona” akademiyasının yetirməsi olan Kasado bu mövsüm əsas komandada bir neçə matçda iştirak etsə də, sabit oyun praktikası qazana bilməyib.
