“Arsenal” iki gənc ulduzunun qiymətini müəyyənləşdirdi

10 Aprel 2026 13:59
178
“Arsenal” iki gənc ulduzunun qiymətini müəyyənləşdirdi

İngiltərə Premyerliqasının lideri “Arsenal” futbol klubu yay transfer pəncərəsi öncəsi akademiyasının iki istedadlı üzvü - Maylz Luis-Skelli və İtan Nvaneri ilə bağlı qərarını verib. London klubu maliyyə qaydalarına əməl etmək və transfer büdcəsini artırmaq üçün hər iki futbolçuya gələn təklifləri dəyərləndirməyə hazırdır.

İdman.Biz xəbər verir ki, “Arsenal” hər iki oyunçunun satışından ümumilikdə ən azı 100 milyon funt sterlinq (təxminən 228 milyon AZN) qazanmağı hədəfləyir.

Luis-Skelli ilə “Mançester Yunayted”in yaxından maraqlandığı bildirilir. Mançester təmsilçisi gənc müdafiəçini sol cinah üçün əsas hədəflərindən biri kimi görür.

Yanvar ayından etibarən icarə əsasında Fransanın “Marsel” klubunda çıxış edən İtan Nvaneri isə orada göstərdiyi oyunla Almaniya nəşəngi “Borussiya Dortmund”un diqqətini çəkib. Nvaneri Liqa 1-də keçirdiyi 10 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumata görə, klub rəhbərliyi təkcə gəncləri deyil, həmçinin Qabriel Jezus, Ben Uayt və Qabriel Martinelli kimi əsas heyət üzvlərinin də satışına açıqdır. Bu addımlar klubun keçən yay xərclədiyi 250 milyon funt sterlinqdən sonra balans yaratmaq məqsədi daşıyır.

İdman.Biz