Xaykin Norveç vətəndaşlığı aldı: DÇ-2026-da iştirakına şans yarandı

10 Aprel 2026 14:25
154
Xaykin Norveç vətəndaşlığı aldı: DÇ-2026-da iştirakına şans yarandı

“Budyo-Qlimt” futbol klubunun qapıçısı Nikita Xaykin Norveç vətəndaşlığı alıb.

İdman.Biz xəbər verir ki, bu barədə NRK agentliyi məlumat yayıb.

“Hazırda Nikita Xaykinin Norveç vətəndaşlığı və pasport aldığı xəbəri təsdiqlənib. Bu, rəsmi sənədlərlə təsdiq olundu”, - deyə o bildirib.

Beləliklə, qapıçının artıq Norveçlə yanaşı Rusiya, İsrail və İngiltərə vətəndaşlığı da mövcuddur.

Yeni vətəndaşlıq Nikita Xaykin üçün Norveç millisinin heyətində 2026 Dünya Çempionatında iştirak etmək imkanını artırır.

İdman.Biz