Avstraliya Futbol Liqası (AFL) bu qitədə ən populyar turnirlərdən biridir. Bu idman növünün ürəyi sayılan Melburn şəhərində keçirilən oyunlar isə böyük azarkeş ordusunu cəlb edir. Mövsümün başlanması ilə bu şəhərdə matçlara davamiyyət, oyuna görünməmiş maraq və güclü infrastruktur fonunda əsas müzakirə mövzularından birinə çevrilib.
İdman.Biz xəbər verir ki, arenalar tam gücü ilə fəaliyyət göstərir və hər həftə minlərlə azarkeşi özünə cəlb edir. “Melbrun Kriket Qround” və “Marvel Stadium” kimi kult arenalarda tam anşlaq yaşanır.

“Melbrun Kriket Qround” “Kollinqvud” və “Riçmond” komandalarının ev stadionudur və hələ də AFL arenaları arasında tamaşaçı sayına görə liderliyini qoruyur. Avstraliyanın ən böyük stadionu olan “Melbrun Kriket Qround” uzun müddətdir ki, ölkə üçün Avstraliya futbolunun əhəmiyyətinin simvolu sayılır və bu mövsümdə də gözləntiləri doğruldur. “Melburn” - “Kollinqvud” kimi əsas qarşılaşmalarda biletlər çox vaxt bir neçə saat ərzində satılıb qurtarır. “Melbrun Kriket Qround” prinsipial oyunlarda mütəmadi olaraq 50 mindən çox azarkeş toplaşır, bəzi görüşlər isə 80 minə qədər tamaşaçı cəlb edir ki, bu da AFL-in Melburnla dərin bağlılığını bir daha göstərir.
“Marvel Stadium” açılıb-bağlanan damı ilə AFL azarkeşləri üçün müasir və rahat alternativ sayılır. Melburnun Doklends rayonunun mərkəzində yerləşən bu arena da cari mövsümdə, xüsusilə axşam oyunlarında və “Essendon” və “Qərb Bulldoqları” kimi populyar komandaların iştirakı ilə keçirilən matçlarda yüksək tamaşaçı göstəriciləri ilə seçilir. Tutum baxımından “Melbrun Kriket Qround” ilə rəqabət aparmasa da, “Marvel” stadionunun daha kompakt və yaxın atmosferi azarkeşləri cəlb etməyə davam edir.

Avstraliya futbolu futbol, reqbi və hətta basketbol elementlərini özündə birləşdirən milli idman növüdür. Oyun ölçüləri dəyişə bilən, lakin adətən futbol meydançasından iki dəfə böyük olan oval sahədə keçirilir. Meydanın perimetri boyunca qapını təşkil edən dörd dirək yerləşir. Hər komandada 18 oyunçu çıxış edir və matç dörd hissədən ibarət olur.
AFL biletlərin qiymətlərinin, xüsusilə ailələr və gənc azarkeşlər üçün əlçatan qalması istiqamətində addımlar atıb. Bu, ailə paketləri, gənclər üçün endirimlər və mütəmadi oyunlara gələnlər üçün daha sərfəli şərtlər təklif edən abunə sistemi vasitəsilə həyata keçirilir. Liqa həmçinin bəzi oyunlar üçün dinamik qiymət siyasəti tətbiq edir - bu zaman biletlərin dəyəri tələbatdan asılı olaraq dəyişir. Bu yanaşma yüksək maraq doğuran matçlarda uğurlu nəticə verərək həm böyük auditoriya toplamağa, həm də liqanın gəlirlərini optimallaşdırmağa imkan yaradır. Ümumilikdə, biletin orta qiyməti 25-50 Avstraliya dolları arasında dəyişir.

Cari mövsümdə AFL-də tamaşaçı sayında əhəmiyyətli artım müşahidə olunur və göstəricilər davamlı olaraq gözləntiləri üstələyir. Liqa eyni zamanda stadionlarda azarkeş təcrübəsinin yaxşılaşdırılmasına sərmayə yatırır - interaktiv zonalar yaradılır, şərait təkmilləşdirilir və oyunlardan əvvəl əyləncə proqramları təşkil olunur ki, bu da mövsüm boyu yüksək davamiyyətin qorunmasına xidmət edir. Dolmuş stadionlar və enerjili azarkeşlərlə AFL-in 2026-cı il mövsümü son illərin ən yadda qalanlarından biri olmağa namizəddir. Üstəlik, Avstraliya futbolu Melburnun idman mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib və azarkeşlər hər həftə arenaları böyük həvəslə doldururlar.
