Sergen Yalçının “qara siyahı”sı üzə çıxdı

9 Aprel 2026 13:46
157
Sergen Yalçının “qara siyahı”sı üzə çıxdı

Türkiyənin “Beşiktaş” futbo klubu yeni mövsümün planlaması çərçivəsində tarixi bir əməliyyata hazırlaşır.

İdman.Biz xəbər verir ki, baş məşqçi Sergen Yalçın rəhbərliyə təqdim etdiyi hesabatda 23 futbolçunun adını “qara siyahı”ya salıb.

Təcrübəli mütəxəssis yeni mövsümdə bu oyunçuların heç birini heyətdə görmək istəmir. Sergen Yalçının qərarı ilə həm əsas komandadan, həm də icarədən qayıdacaq futbolçulardan ibarət böyük bir qrupun klubla vidalaşması gözlənilir.

Siyahıda hazırda heyətdə olan Devis Vaskes, Tiaqo Djalo, Gökhan Sazdağı, Milot Raşitsa, Vilfred Ndidi, Vatslav Çerni, Salih Uçan, Taylan Bulut, Cengiz Ünder, El Bilal Ture və Jota Silva kimi simalar yer alıb.

Bundan əlavə, mövsüm sonunda icarə müddəti başa çataraq geri dönəcək Al-Musrati, Ernest Muçi, Amir Hadziahmetoviç, Jan Onana, Joao Mario, Tayyip Talha Sanuç, Can Keleş, Rikardo, Emrecan Uzunhan, Emrecan Terzi, Fahri Ay və Arda Kılıçın da klubda qalmayacağı bildirilir.

Qeyd edək ki, "Beşiktaş" heyətinin ümumi dəyəri 185.1 milyon avro (338.4 milyon AZN) qiymətləndirilir. Sergen Yalçın komandanın yeni mövsümdəki iskeletini tamamilə fərqli oyunçular üzərində qurmağı hədəfləyir.

İdman.Biz