Mirça Luçeskunun oğlu atasının vəziyyətindən danışdı

7 Aprel 2026 14:38
195
Mirça Luçeskunun oğlu atasının vəziyyətindən danışdı

Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun oğlu Rzavan Luçesku atasının səhhəti ilə bağlı ictimaiyyətə müraciət edib.

İdman.Biz xəbər verir ki, Rzavan Luçeskunun açılamasını “Gazeta Sporturilor” nəşri dərc edib.

“Bu, çox ağır bir vəziyyətdir və sizdən bu məsələyə hörmətlə yanaşmağınızı xahiş edirəm. Xəstəxanada olanlar vəziyyəti daha yaxşı izah edə bilərlər. Onlar lazım bildikdə açıqlama verirlər. Bizi anlayın, yaşadıqlarımız bizim üçün asan deyil”, — deyə Rzavan Luçesku vurğulayıb.

Məlumatda həmçinin bildirilir ki, hazırda Mirça Luçeskunun sabit olsa da, ağırdır.

Xatırladaq ki, aprelin 3-də Luçeskunun kəskin miokard infarktı keçirdiyi barədə məlumat yayılmışdı. Təcrübəli mütəxəssis Rumıniya millisində çalışarkən səhhətində yaranan problemlərə görə martın 29-da xəstəxanaya yerləşdirilmişdi. Tibb müəssisəsindən evə buraxılması gözlənilən gün onun səhhəti yenidən qəfil pisləşib. Bir sıra media orqanları məşqçinin öldüyünə dair xəbərlər dərc ediblər.

İdman.Biz