Fransa Liqa 1-in 28-ci turu çərçivəsində “Loryan” öz meydanında “Paris” komandasını qəbul edib. Gərgin keçən mübarizə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı 54-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Bamba Dyenq açıb. Lakin qonaqlar məğlubiyyətdən qaçmağı bacarıblar. 74-cü dəqiqədə Marşall Munetsi tarazlığı bərpa edərək komandasına bir xal qazandırıb.
Turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb. “Mets” və “Nant” komandaları arasındakı oyun qolsuz (0:0) yekunlaşıb. “Havr” və “Oser” mübarizəsində isə tərəflər hərəyə bir qol vurmaqla (1:1) meydandan ayrılıblar.
19:37
“Lion” səfərdə “Anje” ilə qarşılaşdığı Fransa Liqa 1-in 28-ci tur matçında xal itkisi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, 90 dəqiqə ərzində komandalar bir-birinin qapısına yol tapa bilməyiblər. Oyun başladığı kimi – qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra bütün turnirlər daxil olmaqla qələbəsiz seriyasını doqquz matça çatdıran “Lion” 48 xalla beşinci pillədə qərarlaşıb. 33 xalı olan “Anje” isə turnir cədvəlinin 12-ci pilləsində yer alıb.
