19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu üçün heyəti və oyunlarının təqvimi açıqlanıb.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, komanda bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Millimiz B Liqasının altıncı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq. Bu qrupun oyunları aprelin 11-dən 17-dək Xorvatiyada keçiriləcək.
Həbib Ağayevin baş məşqçisi olduğu komanda aprelin 11-də meydan sahibləri, 14-də Çexiya, 17-də isə Gürcüstan yığmaları ilə üz-üzə gələcək.
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Nərgiz Ağaliyeva | Şəfa |
| 2 | Firuzə Bayramova | Dirçəliş |
| 3 | Vahidə Əlipaşayeva | Dirçəliş |
| 4 | Mədinə Curuqova | Neftçi |
| 5 | Arzu Cəfərova | Şəfa |
| 6 | Səma Əsədova | Sabah |
| 7 | Yelizaveta Vaysman | Şəfa |
| 8 | Ülviyyə İslamova | Baku Juniors |
| 9 | Pərişan Abdullayeva | Liman |
| 10 | Xanım Əsədova | Neftçi |
| 11 | Aygün Novruzova | Sabah |
| 12 | Aysu Əsədova | Sabah |
| 13 | Ayan Abdiyeva | Liman |
| 14 | Mədinə Qədiməliyeva | Şəfa |
| 15 | Məsumə Nəzərli | Neftçi |
| 16 | Ayşən Salamzadə | Neftçi |
| 17 | Arzu Ağaliyeva | Şəfa |
| 18 | Bədriyyə Mavludova | Şəfa |
