Danimarkaya məxsus dünyaca məşhur oyuncaq brendi və əsasən konstruktordan ibarət məhsulları ilə tanınan LEGO şirkətinin Kriştianu Ronaldu, Lionel Messi, Kilian Mbappé və Vinisius Juniorla bağlı hazırladığı reklam çarxı saxta çıxıb.
İdman.Biz xəbər verir ki, şirkətin 60 saniyəlik videosunda futbolçuların özləri yox, dublyorlar çəkilib, montaj zamanı isə onların üzləri əlavə olunub.
Buna baxmayaraq, LEGO oyunçuların görüntülərindən istifadə etmək üçün böyük məbləğ ödəyib.
İddiaya görə, Ronalduya 3(5,8 milyon manat), Messi 2,25(4,4 milyon manat), Mbappe 0,7(1,3 milyon manat), Vinisius isə 0,3(588 min manat) milyon avro vəsait ödənilib.
