Hansi Flikin rəhbərlik etdiyi “Barselona”nın iki mövsümdən az müddətdə 300 qol həddini keçməyə cəmi bir məhsuldar zərbə qalıb.
İdman.Biz bildirir ki, komanda artıq 299 qol vurub (keçən mövsüm 174, bu mövsüm 125).
Robert Levandovski 58 qol ilə qol vurma siyahısına başçılıq edir, ardınca Rafinya (53) və Lamin Yamal (39) gəlir.
Komanda bu axşam La Liqanın 30-cu turu çərçivəsində səfərdə “Atletiko Madrid”lə qarşılaşacaq.
