Cahangir Fərəcullayev: “Milli komandada istədiyimiz nəticələri ala bilmirik”

3 Aprel 2026 11:27
146
Cahangir Fərəcullayev: “Milli komandada istədiyimiz nəticələri ala bilmirik”

“Bildiyiniz kimi, milli komandada istədiyimiz nəticələri ala bilmirdik”.

İdman.Biz xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransda deyib.

O, Ayxan Abbasovun gəlişindən sonra Azərbaycan millisinin uğurlu oyun nümayiş etdirdiyini bildirib:

“Bir neçə gün öncə milli komanda Sumqayıtda təşkil olunan “FIFA Series-2026” turnirinin qalibi oldu. Bu uğuru nə şişirtmək, nə də kiçiltmək lazımdır”.

C. Fərəcullayev Misli Premyer Liqasında komanda sayının 12-yə yüksəldiyini xatırladıb.

Onun sözlərinə görə, legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox şans verən klublar arasında bölüşdürüləcək: “Bu il üçün həmin məbləğ təxminən 2 milyon manatdır”.

Cahangir Fərəcullayev bildirib ki, dövlət proqramı çərçivəsində növbəti mövsümün əvvəlinə kimi Ağsu şəhər stadionu Premyer Liqa standartlarına cavab verəcək”.

İdman.Biz