Rahid Əmirquliyev: “İlk oyunda millimizin nəyə qadir olduğunu görə bilmədim”

30 Mart 2026 15:50
99
Rahid Əmirquliyev: “İlk oyunda millimizin nəyə qadir olduğunu görə bilmədim”

“Düşünürəm ki, bu turnirdə millimiz ciddi rəqiblərlə oynasaydı, daha faydalı olardı. Belədə, komandamızın zəif və güclü tərəflərini görmək olardı. Fikrimcə, bu turnir bizə əhəmiyyətli dərəcədə fayda verməyəcək. Çalışmaq lazımdır ki, özündən güclü millilərlə oynayasan ki, hərtərəfli inkişaf olsun”.

Bu sözləri Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev deyib.

R.Əmirquliyev “FIFA Series - 2026” turniri çərçivəsində Azərbaycan millisinin Syerra-Leone ilə oyunu barədə fikirlərini bölüşüb.

“Bu gün millimizin rəqibi Syerra-Leone Sent Lüsiyadan daha ciddi rəqibdir. Fikrimcə, oyun maraqlı olar. Ümidvaram ki, yığmamız qələbə seriyasını davam etdirəcək”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib​.

Əmirquliyev Ayxan Abbasovun komandasının Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub etdiyi oyuna da toxunub:

“Millimizi təbrik edirəm, qələbə qələbədir. Hətta böyükhesablı oldu. Ümidvaram, davamı gələr. Lakin rəqib çox zəif idi. Mən deyərdim ki, indiyə qədər millimizin qarşılaşdığı ən zəif komanda idi. Yığmamızda hansısa dəyişiklikləri görmək üçün rəqib də fərqli seçilməli idi. Bu, oyun deyildi, sanki millimiz məşqə çıxmışdı. Ona görə də hansısa dəyişiklikləri, millimizin nəyə qadir olduğunu görə bilmədim”.

İdman.Biz