Bu gün futbol üzrə Azərbaycan millisinin “FIFA Series - 2026” çərçivəsində Syerra-Leone yığması ilə keçirəcəyi oyun üçün iştirak ərizəsi müəyyənləşib.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun sərəncamında 24 futbolçu olacaq.
Təlim-məşq toplanışına dəvət olunan oyunçulardan üçü bu qarşılaşmanı buraxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyevin siyahıda yer almayacağı əvvəlcədən gözlənilirdi. Müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Aleksey İsayev isə bugünkü oyunda iştirak etməyəcəklər.
Qeyd edək ki, Rahil Məmmədov üç gün əvvəl Sent Lüsiya ilə matçda bir hissə oynayıb, A.İsayev isə həmin görüşdə ehtiyatda qalıb.
Oyun bu gün saat 19:00-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.
