İsveçrə millisinin bazasında ilan həyəcanı - FOTO

7 İyun 2026 13:42
120
İsveçrə millisinin bazasında ilan həyəcanı - FOTO

İsveçrənin futbol millisi 2026-cı il Dünya Çempionatına hazırlıq üçün seçdiyi San-Dieqo bazasında qeyri-adi xəbərdarlıqla gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, komanda ABŞ-nin Kaliforniya ştatında yerləşən San-Dieqo Akademiyasının ərazisində məşqlərini davam etdirir.

Millinin mətbuat xidməti sosial şəbəkədə bazanın ümumi planını paylaşıb. Planda meydançalar, qapıçılar zonası və digər hissələr ayrıca göstərilib.

Diqqət çəkən məqam isə meydançaların arxasında qalan ərazinin qırmızı rənglə işarələnməsi olub. Həmin hissə “ilan zonası” kimi qeyd edilib.

Paylaşımda futbolçulara və heyət üzvlərinə həmin əraziyə yaxınlaşarkən ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyunda start götürəcək.

İdman.Biz