Deşam Oliseyə qarşı kobud oyuna sərt reaksiya verib

30 Mart 2026 11:29
100
Deşam Oliseyə qarşı kobud oyuna sərt reaksiya verib

Fransa millisinin baş məşqçisi Didye Deşam Fransa ilə Kolumbiya arasında keçirilən yoldaşlıq oyununu(3:1) idarə edən referiləri tənqid edib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, Didye Deşam Fransa millisinin futbolçusu Maykl Oliseyə qarşı edilən kobud müdaxiləyə görə narazılığını bildirib.

Deşam bildirib ki, cənubi amerikalı komandalar intensivliyi ilə seçilsə də, bu epizod artıq sərhədi keçib:

“Son “podkat”... xoşbəxtlikdən Olise yerindən sıçradı, yoxsa ayağını itirə bilərdi. VAR-ın olmaması buna şərait yaradır. Aqressiya başqa şeydir, amma bu artıq həddən artıqdır”.

O əlavə edib ki, epizod onu çox qəzəbləndirib və ehtiyat hakimə də iradını bildirib: “Mən çox əsəbi idim. Bu, futbol deyil, sanki amerikan futboludur. Burada belə müdaxilələrə yer yoxdur”.

İdman.Biz