Azərbaycanın futbol üzrə U-17 millisi Malta ilə heç-heçə edib - YENİLƏNİB

30 Mart 2026 16:12
481
Azərbaycanın futbol üzrə U-17 millisi Malta ilə heç-heçə edib - YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib.

Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, B liqasının ikinci qrupunda yer alan U-17 iki xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.

09:39

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gələcək.

Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, B liqasının ikinci qrupunda yer alan U-17 iki xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.

İdman.Biz