Uruqvay futbol millisi İngiltərə yığması ilə keçirilən yoldaşlıq görüşündə futbol tarixinə düşəcək qeyri-adi bir addım atıb. Cənubi Amerika təmsilçisi oyunöncəsi rəsmi mərasimdə rəqibinə zirehli köynək formasında hazırlanmış misilsiz bir vımpel təqdim edib.
İdman.Biz xəbər verir ki, bu qeyri-adi suvenir təsadüfən seçilməyib. Uruqvay yığması bu qarşılaşmada idman geyimləri istehsalçısı “Nike” şirkətinin “Döyüşmək üçün doğulanlar” kampaniyası çərçivəsində hazırladığı yeni forma dəstini ictimaiyyətə təqdim edib. Zirehli vımpel komandanın döyüşkən ruhunu və tarixi köklərinə sadiqliyini simvolizə edir.

Qeyd edək ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Uruqvay yığması məğlubiyyətdən oyunun son saniyələrində xilas ola bilib. Komandanın ulduz yarımmüdafiəçisi Federiko Valverde matçın 90+4-cü dəqiqəsində vurduğu qolla hesabı bərabərləşdirib.
