Vinisius qayıdır: “Real Madrid” azarkeşlərinə şad xəbər - VİDEO

29 Mart 2026 20:24
92
Vinisius qayıdır: “Real Madrid” azarkeşlərinə şad xəbər - VİDEO

Braziliya futbol millisinin və “Real Madrid”in hücumçusu Vinisius Juniorun Xorvatiya ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak edib-etməyəcəyi hələ də dəqiqləşməyib.

İdman.Biz xəbər verir ki, martın 27-də Fransaya qarşı keçirilən matçdan (1:2) sonra futbolçunun ayağında narahatlıq hiss etdiyi məlum olub.

Ulduz futbolçu şənbə günü komandanın kollektiv məşqlərində iştirak etməyib. O, meydançaya çıxmaq əvəzinə idman zalında fərdi bərpa proqramı və fizioterapiya prosedurları ilə kifayətlənib.

Braziliya Futbol Konfederasiyasının (CBF) tibbi heyəti tərəfindən aparılan ilkin müayinələr və MRT nəticələri ciddi bir zədənin olmadığını göstərib. Futbolçunun hiss etdiyi ağrılar “əzələ yorğunluğu” kimi qiymətləndirilib. Hazırda Vinisiusun məşqlərdən kənarda qalması daha çox ehtiyat tədbiri xarakteri daşıyır. Baş məşqçi Ançelotti onu riskə atmamaq qərarına gəlib.

Vinisiusun durumu İspaniya klubunu da təşvişə salıb. Belə ki, “Real Madrid”i qarşıda Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə (7 aprel) çox vacib qarşılaşma gözləyir. Klub rəhbərliyi braziliyalı ulduzun Xorvatiya ilə yoldaşlıq oyununda riskə edilməməsini və tam bərpa olunmasını üstün tutur.

İdman.Biz