“Qarabağ” klubu xanım azarkeşləri üçün örnək addım atıb.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
