İran millisindən təsirli jest - uşaqların xatirəsi anıldı - VİDEO

28 Mart 2026 17:32
88
İran millisindən təsirli jest - uşaqların xatirəsi anıldı - VİDEO

İran futbol üzrə milli komandası Nigeriya ilə yoldaşlıq oyununda təsirli addımı ilə diqqət çəkib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Futbolçular dövlət himni səslənərkən önlərinə kiçik məktəb çantaları qoyaraq Minabda(İran) raket zərbəsi nəticəsində həyatını itirən 179 məktəbli qızın xatirəsini yad ediblər və qara sarğı ilə meydana çıxıblar.

Qarşılaşma Antalya şəhərində keçirilib və Nigeriya milli futbol komandası 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, FIFA turniri əvvəlcədən planlaşdırıldığı kimi keçirməyi gözləyir, baxmayaraq ki, İran tərəfi oyunların yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

İdman.Biz